Ermənistanda istefalar davam edir


Dünya 23 Apr 2018 23:52:00 202 0

Ermənistanda istefalar davam edir

Bu gün Ermənistanın baş naziri Serj Sarqsyan etiraz dalğasının fonunda istefa verib

Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu gün Ermənistanın baş naziri Serj Sarqsyan etiraz dalğasının fonunda istefa verib.

Hökumət üzvləri isə istefa vermələrinə baxmayaraq yeni hökumət formalaşanadək vəzifələrini icra edəcəklər. Hökumət yeni baş nazirin təyinatından sonrakı 15 gün ərzində formalaşdırılır.