Meksika Ticarət nümayəndəliyi Azərbaycana gələcək


Digərləri 23 Apr 2018 23:57:00 248 0

Meksika Ticarət nümayəndəliyi Azərbaycana gələcək

Məqsədi Azərbaycanla əlaqələrin və münasibətlərin möhkəmləndirilməsi olan Meksika Səfirliyinin təbliğat fəaliyyətinin nəticəsində, 23-30 aprel tarixlərində Azərbaycana Meksika Ticarət Nümayəndəliyi gələcək.

Son.az Trend-ə istinadən bildirir ki, Ticarət Missiyası bir neçə tekila istehsalçısı və Milli Tekila Sənayesi Palatasının bir nümayəndəsindən ibarətdir. Missiya Azərbaycan sahibkarları, idxalçı və distribyutorları ilə bir sıra işgüzar görüşlər və dequstasiyalar keçirəcəkdir. Son illər ərzində Azərbaycan bazarında bu içkiyə qarşı marağın artması müşahidə olunur. Belə ki, Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2017-ci il ərzində Azərbaycan tərəfindən idxal olunan spirtli içkilərin (araq, viski, rom, aquardiente, cin, şərab və likör istisna olmaqla) 52%-i tekilanın üzərinə düşür.

Tekila dünyada idxal üzrə viski və vodkadan sonra üçüncü içkidir, hansıkı Meksikanın Qərbində yerləşən Xalisko ştatının Tekila şəhərində istehsal olur. 12 iyul 2006-cı ildə tekila istehsal edən Meksika şəhəri Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət təşkilatı (YUNESKO) tərəfindən "Aqava plantasiyasının landşaftı və tekila istehsal edən qədimi müəssələr" adı ilə Bəşəriyyətin irsi elan edilib.