Adları göy cisimlərinə verilmiş azərbaycanlılar


Digərləri 23 Apr 2018 23:35:00 310 0

Adları göy cisimlərinə verilmiş azərbaycanlılar

Astronomiya elmi üzrə ali beynəlxalq qurum olan Beynəlxalq Astronomiya Birliyi inkişaf etmiş ölkələrin rəsədxanaları, astronomiya elmi üzrə alimləri ilə əməkdaşlıq edir. Mütəxəssislər, aparılmış astronomik müşahidələrin, tədqiqatların nəticələrini qurumun üç ildən bir çağırılan baş assambleya iclaslarında müzakirəyə çıxarırlar. Bundan əlavə, birlik, ölkələrin bu elmə verdiyi töhfələri, araşdırmalarda əldə etdiyi nailiyyətləri əsas götürərək, asteroidlərə, yeni kəşf edilmiş planetlərə və planetlər üzərindəki kraterlərə ölkələrin görkəmli şəxsiyyətlərinin, elm, incəsənət xadimlərinin adlarını verir.

Beynəlxalq Astronomiya Birliyinin bu siyahısında Şamaxı Astrofizika Rəsədxanasının yaranışından bəri burada çalışan mütəxəssis, alimlərin apardığı faydalı tədqiqatlara görə, Azərbaycan şəxsiyyətləri də yer alıb. Bu adlar müxtəlif ölkələrin rəsədxanalarının, əsasən də, Krım rəsədxanasının kəşf etdiyi asteroidlərə, planetlər üzərindəki kraterlərə təşəbbüs əsasında  verilib.

Son.az lent.az-a istinadən adları göy cisimlərinə verilmiş azərbaycanlıların siyahısını təqdim edir.

1974 - cü ildə Krım rəsədxanasının kəşf etdiyi asteroidə 1994 - cü ildə Nizami Gəncəvinin adı verilib. Onun adı həmçinin Merkuri planetindəki bir kraterə də verilib.

1974 - cü ildə kəşf edilmiş digər bir asteroid isə Müslüm Maqomayevin adını daşıyır.

1978 - ci ildə həmin rəsədxana tərəfindən kəşf edilən asteriod 1997 - cil ildə Hüseyn Cavid adını alıb. Mars planetində də onun adına krater var.