Səbir, rza, təslim məqamı – oxşar və fərqli cəhətləri


Digərləri 23 Apr 2018 23:15:00 278 0

Səbir, rza, təslim məqamı – oxşar və fərqli cəhətləri

Hər kim təvəkkül məqamına çatar, özü üçün iradə və qüdrət görməz, hər şeyi Allahdan bilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Rza məqamında olan insan həmçinin özü üçün iradə və qüdrət görməz, hər şeyi Allahdan bilər və razı olar. Səbir məqamı ilə rza məqamının fərqi bundadır ki, insan səbir məqamında acıları görər, ancaq savaba çatmaq üçün səbir edər. Ancaq rza məqamında olan insan heç bir zaman acı görməz. Gördüyü hər şey gözəl və şirindir. Çünki Məhbubu tərəfindəndir.

Təslim məqamı isə elə bir məqamdır ki, rza məqamından da yüksəkdir. Təslim məqamında insan artıq özünü görməz ki, desin, mən bunu bəyənirəm. Hər nəyi varsa - Allaha təslimdir, gördüyü ancaq Allahdır.