Xərçəng əməliyyatlarında nanobıçaq sınaqdan keçirilir


Digərləri 23 Apr 2018 23:08:00 230 0

Xərçəng əməliyyatlarında nanobıçaq sınaqdan keçirilir

Kişilər arasında dünyada ən geniş yayılmış onkoloji xəstəlik, prostat xərçəngidir. Uroloji xəstəxana pasiyentlərinin 1/4 hissəsi bu xəstəlikdən əziyyət çəkir.

Son.az oxu.az-a istinadən bildirir ki, son illərə kimi bu xəstəliyin cərrahi yolla müalicəsi, prostatın bədəndən kənarlaşdırılmasından ibarət olub.

Ancaq ən yeni texnologiya olan - nanobıçaq yalnız şişli hüceyrələri məhv edərək, orqanın qorunub saxlanılmasına yol açır.

Yeni metodun kliniki sınaqları Rusiyanın İ.M.Seçenyov adına Birinci Moskva dövlət tibb universitetində aparılır.

Bir neçə gün əvvəl pasiyentin prostat vəzisində olan şişi nanobıçağın vəsitəsi ilə yandırıblar. Bu texnologiya hələlik dünyanın heç bir yerində müalicə protokoluna daxil edilməsə də, Rusiya ilə yanaşı Britaniya, Niderland və ABŞ-da sınaqdan keçirilir.