Bu məhsullar ömrü uzadır


Digərləri 23 Apr 2018 22:45:00 246 0

Bu məhsullar ömrü uzadır

ABŞ-ın xərçəng araşdırması institutunun alimləri ömrü uzatmağa kömək edən məhsulları təyin ediblər.

Son.az saglamolun.az-a istinadən sizə bu məhsulların siyahısını təqdim edir:

1. Lobya.

Araşdırmalr göstərir ki, lobyanın istehlakı arterial təzyiqi tənzimləməyə kömək edir, piYlənmə, şəkərli diabet, böyrək və bağırsaq xəstəliklərinin riskini azaldır.

2. Tam dənli bitkilər

Tam dənli buğdadan hazırlanmış çörək, qarabaşaq, yulaf, arpa, qəhvəyi düyü kimi məhsullar ürək-damar sistemi xəstəlikləri, infarkt, insult, şəkərli diabetin riskini azaldır, piylənmənin qarşısını alır.  

3. Sarıkök

Sarıkök orqanizmdə gedən qocalma proseslərini ləngidir, qaraciyəri xəstəliklərdən qoruyur, beyinin fəaliyyətini yaxşılaşdırır.