Şəban ayını daha gözəl yaşamaq üçün 11 tövsiyə


Digərləri 23 Apr 2018 22:15:00 273 0

Şəban ayını daha gözəl yaşamaq üçün 11 tövsiyə

Şəban ayı Allahın xüsusi üç ayından biridir ki, bunda Öz rəhmətini yerə nazil edər və bəndələrinə rəhmət gözü ilə nəzər salar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Hüccətil-İslam Seyyid Abbas Musəvinin bu ayla bağlı bizlərə tövsiyəsinə diqqət edək:

"1. Çalışın bu ayda həm dildə, həm əməldə və həm də qəlbdə tövbənizi təzələyəsiniz.

2. "Məfatih"də yazılan "Şəbaniyyə" duasını və bu aya aid başqa duaları oxumağı tövsiyə edirəm.

3. Bir müəllimim mənə demişdi: "Yunusiyyə" duasının həmişə təsiri vardır. Ancaq Şəban ayında onun təsiri bir neçə qat artar".

4. Çalışın Şəban ayının hər günündə az da olsa sədəqə verəsiniz.

5. Bu ayın orucunun fəziləti hamıya aydındır, ona görə də bacardığınız qədər oruc tutun.