Erməni deputatlar geri çağırılıblar


Dünya 23 Apr 2018 21:56:00 232 0

Erməni deputatlar geri çağırılıblar

Buna səbəb Ermənistanda baş verən son hadisələr, xüsusilə də baş nazir Serj Sarqsyanın istefaya getməsidir

Ermənistan parlamentinin NATO-nun Parlament Assambleyasının (NATO PA) Batumidə keçirilən "Rouz-Rout" seminarında iştirak edən deputatları aprelin 23-də geri çağırılıblar.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Ermənistanda baş verən son hadisələr, xüsusilə də baş nazir Serj Sarqsyanın istefaya getməsidir: "Həmin deputatlar da Serj Sarqsyanın Respublikaçılar Partiyasını təmsil edirdilər. Ona görə də ölkədəki gərgin vəziyyəti nəzərə alan Ermənistan rəhbərliyi deputatları təcili geri çağırıb. Bu Ermənistanda vəziyyətin daha da ciddi olduğunu sübut edir".