Allaha hər nə qədər dua ediriksə, duamız qəbul olmur. Bəs səbəbi nədir?


Digərləri 23 Apr 2018 21:45:00 423 0

Allaha hər nə qədər dua ediriksə, duamız qəbul olmur. Bəs səbəbi nədir?

Bir çoxları şikayət edir ki, Allaha hər nə qədər dua ediriksə, yenə də duamız qəbul olmur. Bəs səbəbi nədir?

Son.az deyerler.org-a istinadən bildirir ki, səbəbi çox şey ola bilər. O cümlədən dua etmək ədəbini bilməməyiniz. Dua etməyin xüsusi qayda və ədəbi vardır ki, əgər onlara riayət olunarsa, o zaman yerinə yetməsi daha tez olar.

O cümlədən:

1. Mərifət və tanıma. Duanın ilk şərti budur ki, dua etdiyin Kəsi yaxşı tanıyasan və biləsən ki, Kimdən duanın yerinə yetirilməsini istəyirsən. Ona görə də duaya Allaha həmd və mədh ilə başlamaq lazımdır.

2. Dua gərək səmimi qəlblə, yəni, ixlasla yerinə yetirilsin. Yəni, dua edən zaman diqqətiniz 100% Allahda olmalıdır və nə dediklərinizə də diqqət etməlisiniz.

3. Dua edən insanın həm qorxusu və həm də ümidi olmalıdır. Yəni, öz eyb və günahlarından qorxmalı, duanın yerinə yetəcəyinə ümid bəsləməlidir.

4. Dua edən zaman yalvaran insan halını alın və müti olmağa çalışın.