Rusiyada kağız təyyarə aksiyası


Digərləri 23 Apr 2018 21:40:00 278 0

Rusiyada kağız təyyarə aksiyası

Rusiyada "Telegram" messencerinin istifadəçiləri azad internet aksiyası keçiriblər. 

Son.az lent.az-a istinadən xəbər verir ki, ötən şənbə günü messencerdən istifadəçilərə bu barədə bildiriş gəlib. "Yeddinci gündür ki, Rusiya hakimiyyəti "Telegram"ı bloklayıb. Əgər siz azad interneti dəstəkləyirsinizsə, axşam saat 7-də pəncərənizdən kağız təyyarə buraxın", - deyə bildirişdə qeyd olunub.

"Telegram"ın yaradıcısı Pavel Durov isə "VKontakte"dəki səhifəsində kiçik iməcilik keçirməyə, hər kəsi öz evi önündə tapacağı kağız təyyarələri yığmağa çağırıb: "Bir həftə tarixdə qalacaq".


Xəbərə aid fotolar