Günəş şüalarının orqanizmə təsiri


Digərləri 23 Apr 2018 21:25:00 302 0

Günəş şüalarının orqanizmə təsiri

Günəş canlılar üçün həyat mənbəyidir, onun orqanizmə sonsuz faydası var. Onlardan ən əsası isə bir çox xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayan antibakterial təsirdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, günəşin fotosintez, D vitamini yaranmasını təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan psixologiyasına müsbət təsir göstərmək kimi böyük əhəmiyyəti var.

D vitamini uşaq və yaşlılar üçün xüsusilə xeyirlidir, bədəndəki kalsium tarazlığını qoruyur, sümüklərin və bədən quruluşunun inkişafında mühüm rol oynayır. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün də günəş şüaları məsləhət görülür. Günəş işığı həm də estetik görünüş verir, xoşbəxtlik hormonu ifrazını artırır, əhvali-ruhiyyəni yaxşılaşdırır. Günəşdən gələn üç cür şüa var və onların hər birinin fərqli təsiri var.