Xalq artistindən illər sonra ETİRAF: "Aktrisa olmağımı istəmirdi, çünki..." FOTO


Kriminal 23 Apr 2018 21:17:00 324 0

Xalq artistindən illər sonra ETİRAF: "Aktrisa olmağımı istəmirdi, çünki..."  FOTO

Xalq artisti Həmidə Ömərovanın Son.az-a müsahibəsi.

- Həmidə xanım, yaxın keçmişi necə xatırlayırsınız?

- Keçmişi yuxu kimi xatırlayıram. Bəzən fikirləşirəm ki, həqiqətən bunlar olub? Həyat anlardan ibarətdir. Hal-hazırda Söhbət etdiyimiz an da bitəcək, amma biz onu xatırlayacaqıq. Yuxunun yaxşı anları da olur, pis anları da. Çalışıram ki, yaxşı anları xatırlayım.

- Tez-tez o anlara qayıdırsınız?

- Demək olar ki, tez-tez. Bizi sənət yaşadır. Bu sənət olmasaydı? biz həyatdakı problemlərə, çətinliklərə tez təslim olardıq.

- Filmlərinizdə hansı təhlükəli hadisələrlə qarşılaşmısınız?

- Bütün filmlərimdə maraqlı və qorxulu anlar olub. "Qorxma mən səninləyəm" filmində hər birimizin öz kaskadyoru var idi. Amma mənim kaskadyorum son anda çəkilməkdən imtina etmişdi. Filmin rejissoru Yuli Qusman mənə dedi ki, sən filmdəki roluna görə nə qədər qonorar alacaqsan? Dedim ki, min manat. Dedi ki, mən sənə min manat artıq verirəm, sən iplə bu qaladan düşərsən aşağı. Min manata görə 11 metr hündürlüyündəki qaladan aşağı düşdüm, əvəzində isə aldandım (gülür). Yuli Qusmana deyirdim ki, birdən mənim başıma bir iş gəlsə? Deyirdi ki, onsuz da filmin axırıncı kadrını çəkirik, heç nə olmaz (gülür).

- İndi olsaydı, yəqin ki, o qonorarı alardınız...

- İndi tamam başqa zamandır, başqa münasibətlər var. Biz o vaxt kinoya canımızı qoyurduq, həqiqi mənada kino fədailəri idik. Kino canlı tarixdir, lentdə həmişəlik qalır. Vaxt gələcək biz olmayacağıq, amma bizim çəkildiyimiz filmlər efirdə göstəriləcək.

- Saysız-hesabsız filmlərdə çəkilmisiniz. Hansı filminizdən sonra populyarlıq qazandınız?

- Mənim kinoda yəqin ki, bəxtim gətirib. Kino bəxt deməkdir.  Bir də görürsən ki, istedadlı aktyor filmə çəkilir, film uğursuz alınır. İstedadsız aktyorun çəkildiyi elə film olur ki, o daha uğurlu olur. Mənim üçün yaşıl işıq, "Anlamaq istəyirəm", "Qızıl uçurum" filmləri oldu. Bu filmlər mənim ilk debütlərim idi.


Xəbərə aid fotolar