Xaricdən gətirilən ağaclar ciddi yoxlanılmır? VİDEO


Digərləri 23 Apr 2018 21:18:00 319 0

Xaricdən gətirilən ağaclar ciddi yoxlanılmır?  VİDEO

Son illər ölkəmizdə meyvə ağacları və dekorativ bitkilər arasında zərərvericilər çoxalıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, AMEA-nın Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri Yusif Zeynalov deyir ki, bu, daha çox ölkəyə xaricdən kütləvi şəkildə meyvə ağaclarının tinglərinin və bəzək kollarının gətirilməsi ilə əlaqədardır. Yusif Zeynalov bildirib ki, meyvə ağacları tingləri və dekorativ kollar ölkəmizə gətirilərkən ciddi şəkildə yoxlanılmır. Bunun da nəticəsində belə problemlər yaşanır. Laboratoriya müdirinin sözlərinə görə, ölkəmizin torpaq-iqlim şəraiti xaricdən meyvə tingləri və dekorativ bitkilərin gətirilməsini qaçılmaz etmir. Yusif Zeynalov xəstəliklərlə və zərərvericilərlə mübarizə aparmaq üçün ildə bir dəfədən beş dəfəyə qədər dərmanlama işlərini aparmağı tövsiyə edir. Dərmanlama prosesi bitkilər çiçək açana qədər aparılmalıdır. Çiçəkləyəndən sonra xırda meyvələr əmələ gələndə də uyğun dərmanlar vurula bilər. Ölkəyə idxal edilən bitkiçilk və heyvandarlıq məhsullarına nəzarəti həyata keçirən Fitosanitar Nəzarəti Xidmətindən isə bildirilib ki, nəzarətin zəif olması ilə bağlı iddialar tam əsassızdır. Belə ki, ölkəyə idxal edilən meyvə ağacları tingləri, dekorativ kollar bütün prosedurlardan keçərək yoxlanılır.


Xəbərə aid video