Azərbaycanlı aktyor əcnəbi rejissorun filmində FOTO


Kriminal 23 Apr 2018 21:07:00 266 0

Azərbaycanlı aktyor əcnəbi rejissorun filmində  FOTO

Azərbaycanlı aktyor Faiq Mirzə yeni filmə çəkilir. O, bu dəfə koreyalı rejissor Vladimir Mumun bədii sənədli filmində Jan Valjan obrazını yaradacaq. Aktyor özü bu haqda Son.az-a məlumat verib.

"Jan Valjan çox mürəkkəb və bəşəri bir obrazdır. Bu obrazı dünya kinosunun ən məşhur aktyorları ifa ediblər. Jan Qaben, Jerar Depardye, Liam Nisn və s. aktyorlar müxtəlif illərdə bu rolu mükəmməl oynayıblar. Tamaşaçı önündə Jan Valjanı yenidən oynamağın məsuliyyətini yəqin ki, başa düşürsünüz. Bu filmdə eyni zamanda başqa rola-Leonardo da Vinçi obrazına da sınaq çəkilişi etmişdilər. Əlbəttə ki, mənim seçimim Jan Valjan obrazı olsa da, son sözü rejissor deməli idi. Mən daha çox Valjanı oynamaq istəyirdim, çünki Viktor Hüqonun "Səfillər" əsərini hələ orta məktəbin yeddinci sinfində ikən oxumuşdum, o vaxtdan Jan Valjan kimi yaşamağı özümə söz vermişdim. Onu da bildirim ki, bu rolu oynamaq mənim ən böyük arzularımdan biri idi", - deyə aktyor bildirib.


Xəbərə aid fotolar