Türkiyəli professora "İlin alimi " mükafatı təqdim olunub


Digərləri 23 Apr 2018 20:51:00 362 0

Türkiyəli professora "İlin alimi " mükafatı təqdim olunub

Türkiyədə Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı, professor Yavuz Akpınara Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatı təqdim olunub.

Son.az Trend-ə istinadən bildirir ki, təqimat mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin sözlərinə görə, artıq 3 ildir ki, Ədəbiyyat İnstitutunun əməkdaşlarına səmərəli elmi fəaliyyətinə görə "İlin alimi" mükafatı təqdim olunur. Bu il isə ilk dəfə olaraq, Türkiyədə Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı olan professor Yavuz Akpınara Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin alimi " mükafatı təqdim olunub.

İ.Həbibbəyli əlavə edib ki, Y.Akpınar hələ iki ölkə arasında əlaqələrin zəif olduğu sovet dövründə Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırma aparıb: