Azərbaycanlı ABŞın məşhur “Silikon vadisi”nin tarixinə düşdü


Digərləri 23 Apr 2018 20:53:00 241 0

Azərbaycanlı ABŞın məşhur “Silikon vadisi”nin tarixinə düşdü

Həmsöhbətimiz İlkin Fərəcov dünyanın əsas İnformasiya Texnologiyaları şirkətlərinin təmərküzləşdiyi ABŞ-ın San-Fransisko şəhərində yaşayır. Gənc həmyerlimiz San-Fransiskonun məşhur "Silikon vadisində" fəaliyyət göstərən "Go Nimbly" adlı şirkətdə çalışır. Bu şirkət bazarda geniş marketinq araşdırması edərək digər iri şirkətlərə əldə etdikləri gəlirlərdən daha uğurlu istifadə haqqında məsləhətlər verir. "Go Nimbly" şirkətinin 83 milyon dollardan çox illik dövriyyəsi var. Təxminən 2 ay əvvəl İlkin işlədiyi bu şirkətin tarixində ən uğurlu və ən gəlirli sövdələşməni həyata keçirən işçi olub.

- İlkin, özünüzü oxucularımıza təqdim etməyinizi xahiş edirik? Necə oldu ki, siz okeanın o tayına getdiniz?

- Mən Bakı şəhərindəki Bakı Özəl Türk Liseyini bitirdikdən sonra ali təhsil almaq üçün ABŞ-ı seçdim. Seçimim ABŞ San-Fransisko şəhərindəki Kaliforniya Dövlət Universiteti oldu. Ailəmin maddi və mənəvi dəstəyi ilə mən bu uzun səfərə yollandım. Bu universitetdə ali təhsilimi aldıqdan sonra iş həyatımı da məhz burada qurmaq qərarına gəldim.

- Bildiyimiz qədər siz bu şirkətdə fərqlənən işçilərdən biri olmusunuz. Bu uğurunuzun sirri nədir?

- Bəli. Bu yaxınlarda şirkət tarixindəki ən məhsuldar satış təmsilçisi seçildim və bu haqda məqalə də dərc olundu. Hətta bir neçə gün əvvəl şirkət rəhbərliyi tərəfindən şirkətin satış departamentinin icraçısı (Account Executive)təyin olundum. Hər sənətdə olduğu kimi bu peşənin də çoxlu çətinlikləri var. Bu çətinlikləri həll etmək üçün güclü iradə, mətanət və şirkətdəki dəyişikliklərə dərhal adaptasiya etmək qabiliyyəti tələb olunur . Ən əsası uyğunlaşma fasiləsiz və davamlı olaraq olmalıdır. Əks halda sizin bacarıqlarınız və ya biliyiniz bir anda heç kəsə lazım olmaya bilər.

- Gənc vaxtında uğur qazanmış bir azərbaycanlı kimi fərqlənməyi arzulayan digər Azərbaycan gənclərinə nə məsləhət görərdiniz? Xüsusilə ABŞ-da işləmək üçün hansı səviyyədə təhsil almaq tələb olunur?