Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı olan türkiyəli professora Ədəbiyyat İnstitutunun "İlin alimi " mükafatı təqdim olunub


Digərləri 23 Apr 2018 20:38:29 216 0

Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı olan türkiyəli professora Ədəbiyyat İnstitutunun "İlin alimi " mükafatı təqdim olunub

Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı olan türkiyəli professora Ədəbiyyat Institutunun "Ilin alimi " mükafatı təqdim olunub Türkiyədə Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı , professor Yavuz Akpınara Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun "Ilin alimi " mükafatı təqdim olunub.

Bakı. İlhamə Isabalayeva - Türkiyədə Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı, professor Yavuz Akpınara Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatı təqdim olunub. Trend xəbər verir ki, təqimat mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin sözlərinə görə, artıq 3 ildir ki, Ədəbiyyat İnstitutunun əməkdaşlarına səmərəli elmi fəaliyyətinə görə "İlin alimi" mükafatı təqdim olunur. Bu il isə ilk dəfə olaraq, Türkiyədə Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı olan professor Yavuz Akpınara Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin alimi " mükafatı təqdim olunub. İ.Həbibbəyli əlavə edib ki, Y.Akpınar hələ iki ölkə arasında əlaqələrin zəif olduğu sovet dövründə Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırma aparıb: "Türkiyədə Mirzə Fətəli Axundovun əsərlərini ilk dəfə elmi izahları ilə o təqdim edib. Y.Akpınarın "Azəri ədəbiyyatı" kitabları sistemli araşdırmalardır. O, Şimali Azərbaycanın, eyni zamanda Cənubi Azərbaycanın da ədəbiyyat proseslərini bu nəşrə daxil edib. Y.Akpınar Azərbaycan ədəbiyyatının ağır yükünü öz üzərinə götürüb". İ.Həbibbəyli bildirib ki, Türkiyədə Azərbaycan ədəbiyyatının tədqiqi ilə məşğul olan tədqiqatçıya "İlin alimi" mükafatının verilməsi həm də iki ölkə arasındakı əlaqələrin gözəl göstəricisi sayıla bilər.