Azərbaycan gimnastları “AGF Junior Trophy” beynəlxalq turnirinin bürünc medalını qazanıblar (FOTO)


Digərləri 23 Apr 2018 20:29:04 215 0

Azərbaycan gimnastları “AGF Junior Trophy” beynəlxalq turnirinin bürünc medalını qazanıblar (FOTO)

Azərbaycan gimnastları Dərya Farşbafşəhriyari və Arzu Cəlilova Bakıda keçirilən gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” adlı beynəlxalq turnirin bürünc medalını qazanıblar.

Bakı. Azərbaycan gimnastları Dərya Farşbafşəhriyari və Arzu Cəlilova Bakıda keçirilən gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” adlı beynəlxalq turnirin komanda hesabında bürünc medalını qazanıblar. Trend-in məlumatına görə, çıxışın yekunu olaraq gimnastlar 89,250 xal toplayıb. İlk yerdə 100,900 xalla Lala Kramarenko, Darya Trubnikova və Anastasiya Sergeyevadan ibarət Rusiya yığması qərarlaşıb.İkinci yeri Anna Kamenşikova və 93,300 xalla Bealrus gimnastları Yana Striqa tutub. Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” adlı beynəlxalq turnirə start verilib. Gənc bədii gimnastlar böyük gimnastları qabaqlayaraq 23-24 aprel tarixlərində fəxri kürsünün ilk pillələrinə qalxmaq uğrunda mübarizə aparacaqlar. Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.