Erməni deputatlar NATO-nun Batumidə keçirilən seminarından geri çağırılıblar


Dünya 23 Apr 2018 20:13:00 279 0

Erməni deputatlar NATO-nun Batumidə keçirilən seminarından geri çağırılıblar

Buna səbəb Ermənistanda baş verən son hadisələr, xüsusilə də baş nazir Serj Sarqsyanın istefaya getməsidir

Ermənistan parlamentinin NATO-nunParlament Assambleyasının (NATOPA)Batumidə keçirilən “Rouz-Rout” seminarında iştirak edən deputatları aprelin 23-də geri çağırılıblar.

Bu barədə“Report”un Gürcüstan bürosunaAzərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı məlumat verib.

Onun sözlərinə görə,buna səbəb Ermənistanda baş verən son hadisələr, xüsusilə də baş nazir Serj Sarqsyanın istefaya getməsidir: "Həmin deputatlar daSerj Sarqsyanın Respublikaçılar Partiyasını təmsil edirdilər. Ona görə də ölkədəki gərgin vəziyyəti nəzərə alan Ermənistan rəhbərliyi deputatları təcili geri çağırıb. Bu Ermənistanda vəziyyətin daha da ciddi olduğunu sübut edir”.

M.İbrahimqızı bildirib ki, NATO PA-nın 97-ci “Rouz-Rout” seminarının ikinci günü, yəni aprelin 24-də Cənubi Qafqazdakı vəziyyət, Gürcüstanda inteqrasiya prosesləri, eləcə də regionda təhlükəsizlik və mövcud problemlər diqqət mərkəzində olacaq. Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirələr olunan məsələlərə münasibət bildirəcəklər.

Qeyd edəkki, seminarda Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil edirlər.