Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib


Siyasət 23 Apr 2018 19:18:00 250 0

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli 9 nömrəli Sərəncamına əlavə olaraq, aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilsinlər:

1.1. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri - Muxtar Bahadur oğlu Babayev;

1.2. Azərbaycan Respublikasının gənclər və idman naziri - Azad Arif oğlu Rəhimov;

1.3. Azərbaycan Respublikasının mədəniyyət naziri - Əbülfəs Mürsəl oğlu Qarayev;

1.4. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri - Yavər Talıb oğlu Camalov;

1.5. Azərbaycan Respublikasının səhiyyə naziri - Oqtay Kazım oğlu Şirəliyev;

1.6. Azərbaycan Respublikasının təhsil naziri - Ceyhun Əziz oğlu Bayramov;

1.7. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - Hicran Kamran qızı Hüseynova;

1.8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri - Fuad Rauf oğlu Muradov;

1.9. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri - Mübariz Qəhrəman oğlu Qurbanlı;

1.10. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri - Səfər Məmməd oğlu Mehdiyev;

1.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri - Tahir Yaqub oğlu Budaqov;

1.12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri - Kərəm Əvəz oğlu Həsənov;

1.13. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri - Fuad Hümbət oğlu Nağıyev;

1.14. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri - Qoşqar İlahi oğlu Təhməzli;

1.15. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi - Vüsal Əfqan oğlu Hüseynov;

1.16. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi - Arzu Yusif oğlu Rəhimov.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.