Mənzil oğurluğu törətmiş 16 cinayətkar qrup ifşa olunub


Digərləri 23 Apr 2018 19:24:00 340 0

Mənzil oğurluğu törətmiş 16 cinayətkar qrup ifşa olunub

Paytaxtda mənzil oğurluğu törətmiş 16 cinayətkar qrup ifşa olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, hesabat dövründə 16 soyğunçuluq və quldurluq cinayəti törətmiş 28 nəfərdən ibarət 16 qrup, eləcə də 41 mənzil oğurluğu törətmiş 36 nəfərdən ibarət 16 cinayətkar qrup ifşa olunub.