Bakıda ağır və xüsusilə ağır cinayətlər xeyli azalıb


Digərləri 23 Apr 2018 19:18:00 280 0

Bakıda ağır və xüsusilə ağır cinayətlər xeyli azalıb

Bakıda ağır və xüsusilə ağır cinayətlər xeyli azalıb.

Milli,Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

2018-ci ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 2.657 (2017-ci ilin müvafiq dövründə 2.865) cinayət qeydə alınıb ki, onların da 89,3%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 10,7%-i isə ağır və xüsusilə ağır növlər olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 44,1%, şəxsiyyət əleyhinə olan cinayətlər 8,4%, o cümlədən qəsdən adam öldürmə cinayətləri 21,1%, qəsdən sağlamlığa az ağır zərər vurmalar 20,7%, mülkiyyət əleyhinə olan cinayətlər 10,9%, xüsusi əmlak oğurluqları 4,8%, quldurluqlar 9,5%, dələduzluqlar 31,5%, hədə-qorxu ilə tələb etmələr 20,0%, avtonəqliyyat oğurluğu 2 dəfə, avtonəqliyyatın qaçırılması 22,7%, xuliqanlıq cinayəti 7,2%, insan alveri ilə bağlı cinayətlər 10,8% azalıb, adam oğurluğu cinayəti isə ümumiyyətlə qeydiyyata alınmayıb.

Cinayətlərin 77,2%-nin (2017-ci ilin müvafiq dövründə 75,4%), ağır növlərinin 73,7%-nin (73,8%), qeyri-aşkar şəraitdə baş verənlərin 65,2%-nin (67,7%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 401 cinayətdən 94,8%-i (88,4%), o cümlədən qəsdən adam öldürmələrin 84,6%-i (100,0%), adam öldürməyə cəhdlərin 100,0%-i (100%), qəsdən sağlamlığa ağır zərər vurmaların 92,5%-i (85,0%) və zorlamaların 100,0%-i (100,0%) açılıb.