Heydər Əliyev prospektində təmirtikinti işləri aparılır FOTO VİDEO


Digərləri 23 Apr 2018 19:00:00 275 0

Heydər Əliyev prospektində təmirtikinti işləri aparılır  FOTO  VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektinin bir hissəsində təmir-tikinti işləri aparılır.

Agentlikdən Son.az-a verilən məlumata görə, söhbət prospektin "Sabunçu yol qovşağı"ndan "Böyük Şor yol qovşağı"nadək olan hissəsindən gedir. Təmir-tikinti işləri aparılan ərazinin uzunluğu 2.1 km, eni isə ərazilərdən asılı olaraq 26-36 metr təşkil edir.

Prospektin sözügedən hissəsində intensiv hərəkət nəticəsində asflat-beton örtyünün üst qatında aşınmalar meydana gəlib. Bu üzdən asfalt-beton örtüyünün aşınma qatının yenilənməsinə ehtiyac var idi.

Təmir-tikinti işləri çərçivəsində yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra asfaltlanma işlərinə start verilib. Bu çərçivədə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri ümumilikdə 100 min kv.m-ə yaxın sahəni əhatə edəcək.

Qeyd edək ki, işlər "Sabunçu yol qovşağı"ndan şəhər mərkəzinə doğru olan istiqamətdə, 3 hərəkət zolağında aparılır. Bu üzdən həmin zolaqlarla hərəkət müvəqqəti məhdudlaşdırılıb. Hərəkət digər zolaqlara istiqamətləndirilib. Bir istiqamət üzrə aparılan təmir-tikinti işlər yekunlaşdırıldıqdan sonra, əks istiqamətdə anoloji işlərə start veriləcək.