Yol polisi sürücülərə xəbərdarlıq etdi


Digərləri 23 Apr 2018 18:40:00 212 0

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Son.az bildirir ki, idarədən Trend-ə verilən məlumatda Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin texniki baxışı davam edir. "VAZ", "QAZ", "Moskviç", "ZAZ", "UAZ" markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddəti yanvar ayının 1-dən may ayının 1-dək müəyyən edilib: "Aprelin son günlərində yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Baş DYP İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən müasir avdanlıq və ölçü cihazları ilə təchiz edilmiş texniki müayinə mərkəzi və respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həftənin bütün günləri fəaliyyət göstərir.

Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya sahiblərdən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliklərə əsasən, barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər. Həmçinin nəqliyyat vasitələrinin texniki baxışa saz vəziyətdə təqdim olunması vacibdir".