Halilhodjiç: "Yaponlar mənə zibil kimi davrandı"


İdman 23 Apr 2018 18:37:00 248 0

Halilhodjiç: "Yaponlar mənə zibil kimi davrandı"

Yaponiya millisini 2018-ci il dünya çempionatına çıxaran Vahid Halilhodjiç bir neçə gün öncə istefaya göndərilmişdi. Goal.az xəbər verir ki, bosniyalı mütəxəsis Tokionun Haneda hava limanında medianın qarşısında göz yaşlarını saxlaya bilməyib. Halilhodjiç vəziyyətini göstərməmək üçün gün eynəyi taxsa da, onun yapon tərcüməçisi hönkür-hönkür ağlayıb.

"45 illik futbol həyatımın ən çətin anını yaşayıram. Baş verənləri hələ də anlaya bilmirəm. Açıq deyirəm, yaponlar mənə zibil kimi davrandı. Məni sanki zibil qutusuna atdılar.

Bu hadisələr Yaponiyaya yaraşmır. Əslində bu ölkədən həmişə məmnun qalmışam. Bu dəfə fərqli şeylər oldu. Bunlar Yaponiya kimi hörmətin əsas dəyər olduğu ölkədə yaşandı. Amma son sözümü deməmişəm, şərəfim üçün mübarizə aparacam" - təcrübəli mütəxəsis deyib.