Modric MLS-də oynamağı istisna etməyib


İdman 23 Apr 2018 17:02:00 245 0

Modric MLS-də oynamağı istisna etməyib

Real Madrid-in yarımmüdafiəçisi Luka Modric karyerasını MLS-də başa vurmağı istisna etmir. Goal.az xəbər verir ki, xorvatiyalı futbolçu klubunu dəyişmək istədiyi halda okeanın o tayına yollanacağına işarə vurub.

"Real-la müqaviləmin bitməsinə hələ 2 il qalıb. Madriddə xoşbəxtəm. Həmişə deyirəm ki, mümkün olsa, karyeramı Real-da başa vurmaq istəyirəm. Bu baş tutmasa, qüvvəmi MLS-də sınamaq istərdim".

32 yaşlı yarımmüdafiəçi bu mövsüm çıxdığı 23 La Liqa matçında 1 qol vurub.