Məhkəmə DTXnin 1 milyon manatlıq iddiasını təmin etdi


Digərləri 23 Apr 2018 16:41:00 232 0

Məhkəmə DTXnin 1 milyon manatlıq iddiasını təmin etdi

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu gün yekunlaşan məhkəmə prosesində Dövlət Təhlükəsizliyi Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunması barədə qərar çıxarılıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, məhkəmə "Daşkəsən" epizodu üzrə 686 min manatlıq mülki iddia və zərərçəkmiş iş adamı Kamal Seyfullayevin 2 milyon manatlıq mülki iddiası təmin etməyib.

Bəzi zərərçəkmişlərin mülki iddiası isə qismən təmin edilib.

Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxslərin hərbi rütbələrdən və dövlət təltiflərindən məhrum edilməsi haqqında qərar çıxarıb.

Qeyd edək ki, bu gün Sabunçu rayon Məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.