İrandan narkotik vasitələrin Azərbaycana gətirilməsinin qarşısı alındı


Kriminal 23 Apr 2018 16:45:00 190 0

İrandan narkotik vasitələrin Azərbaycana gətirilməsinin qarşısı alındı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qar­şısı alınıb.

DSX-dan Son.az-a verilən məlumata görə, "Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqəsində İrandan rəsmi qaydada Azərbaycana gələn 1979-cu il təvəllüdlü Azərbaycan və­təndaşı Əzizov Gülmirzə Adil oğlu saxlanılıb və şəxsi baxış nəti­cəsində üzə­rin­də 2500 qram tiryək, 500 qram heroin aşkar olun­ub.