24-cü turun oyunlarını neçə azarkeş izlədi?


İdman 23 Apr 2018 16:47:00 248 0

24-cü turun oyunlarını neçə azarkeş izlədi?

Topaz Premyer Liqasının 24-cü turunun azarkeş sayı bəlli olub.

Goal.az xəbər verir ki, ən çox tamaşaçı Sumqayıtda qeydə alınıb. 2000 nəfər Qarabağ'ın meydan sahiblərini minimal hesabla məğlub edərək çempionluğunu rəsmiləşdirməsinin canlı şahidi olub.

Ən az azarkeş isə “Bayıl Arena”da qeydə alınıb. Səbail'lə Kəpəz'in heç-heçəsini (1:1) cəmi 400 tamaşaçı izləyib.

Digər oyunlardan 8-ci km stadionunda keçirilən Neftçi - Qəbələ matçında (1:0) 1500, “İnter Arena”da baş tutmuş Keşlə - Zirə qarşılaşmasında (2:1) isə 1000 tamaşaçı olub.

Ümumilikdə turun 4 oyununu 4900 tamaşaçı stadiondan izləyib ki, bu da, hər oyuna orta hesabla 1225 azarkeş deməkdir.