İnsinyedən Juventus-u qıcıqlandıran açıqlama


İdman 23 Apr 2018 15:43:00 260 0

İnsinyedən Juventus-u qıcıqlandıran açıqlama

İtaliya A Seriyasının 34-cü turunda Juventus-u səfərdə minimal hesabla məğlub edən Napoli çempionluq şanslarını saxlayıb. Neapol klubunun liderlə xal fərqi 1-ə enib. Goal.az xəbər verir ki, matçdan sonra qonaqların hücumçusu Lorenzo İnsinyenin bir suala verdiyi cavab isə turinli azarkeşləri qıcıqlandırmaya bilməz. Jurnalistin: "Juventus bu matçı Çempionlar Liqasının finalı kimi oynayacağına söz vermişdi, amma uduzdular" sözünə İnsinye "Onlar finalda uduzmağa öyrəşib" -deyə cavab verib.

"Qoca senyora" indiyə qədər 5 dəfə Çempionlar Liqasının finalında uduzub - 1997,1998, 2003, 2015, 2017.