“Socar Polymer” zavodlarının işə düşəcəyi tarix açıqlanıb


Digərləri 23 Apr 2018 15:38:13 211 0

“Socar Polymer” zavodlarının işə düşəcəyi tarix açıqlanıb

“Socar Polymer” layihəsi çərçivəsində polipropilen və polietilen istehsalı zavodları 2018-ci ilin ikinci və üçüncü rüblərində açılacaq

Bakı. Əli Mustafayev - “Socar Polymer” layihəsi çərçivəsində polipropilen və polietilen istehsalı zavodları 2018-ci ilin ikinci və üçüncü rüblərində açılacaq. Trend-in məlumatına görə, bunu “Downstream Xəzər və Mərkəzi Asiya – ticarət, logistika, neft emalı və neft-kimya” 3-cü Beynəlxalq forumu zamanı “SOCAR Polymer”in direktor müavini Fuad Əhmədov deyib.