Farridən Juventus azarkeşlərinə hörmətsizlik


İdman 23 Apr 2018 15:28:00 250 0

Farridən Juventus azarkeşlərinə hörmətsizlik

Napoli'nin baş məşqçisi Mauritsio Sarri Juventus azarkeşlərini təhqir edib.

Goal.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə dünən Turin klubu ilə səfər oyunu öncəsi baş verib. Napoli'nin avtobusu stadiona daxil olarkən Sarri yerli fanatlara orta barmağını göstərib. O, bunu onların bənzər hərəkətinə cavab olaraq edib.

Qeyd edək ki, Juventus – Napoli matçı qonaqların 90-cı dəqiqədə (Kalidu Kulibali) vurduğu qol sayəsində 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.