Bayern Munich - Real Madrid matçının hakimi açıqlandı


İdman 23 Apr 2018 15:09:00 288 0

Bayern Munich - Real Madrid matçının hakimi açıqlandı

Çempionlar Liqasının 1/2 final mərhələsinin Bayern MunichReal Madrid arasında keçiriləcək ilk matçına hakim təyinatları açıqlanıb.

Goal.az-ın məlumatına görə, matçı hollandiyalı hakimlər briqadası idarə edəcək.Oyunun baş hakimi Byörn Kuypers olacaq. Ona  yan xətdə Sander Van Rukel, Ervin Zeystra, əlavə köməkçi hakim kimi isə Pol Van Bukel və Dennis Xiqler kömək edəcəklər. Dördüncü hakim funksiyasını Çarlz Sxaap yerinə yetirəcək.

Aprelin 25-də Münhendə keçiriləcək Bayern Munich - Real Madrid matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.