"Bank of Baku" və "Azərbaycan müəllimi" qəzetindən Cümhuriyyətin 100 illiyinə özəl inşa müsabiqəsi!


Digərləri 23 Apr 2018 15:04:00 296 0

"Bank of Baku" və "Azərbaycan müəllimi" qəzetindən Cümhuriyyətin 100 illiyinə özəl inşa müsabiqəsi!

"Bank of Baku", "Təhsil Nazirliyi" və "Azərbaycan müəllimi" qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə özəl olaraq müəllimlər üçün inşa müsabiqəsinə start verir. 

"Azərbaycan Xalq Cümhuriyyəti və təhsil" mövzusunda keçirilən müsabiqənin əsas məqsədi, Azərbaycan təhsilinin Cümhuriyyət dövrü mərhələsini işıqlandırmaqdır. 

Müsabiqədə ölkə ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində çalışan hər bir müəllim iştirak edə bilər. Pedaqoq, alim və Cümhuriyyət dövrü tədqiqatçılarından ibarət münsiflər heyətinin iştirak edəcəyi müsabiqəyə hər iştirakçı sadəcə bir yazı təqdim edə bilər. 

Təqdim olunan inşaların sonunda zəruri məlumatlar (ad, soyad, əlaqə telefonu, çalışdığı müəssisənin adı və tutduğu vəzifə), müsabiqə üçün hazırlandığı qeyd edilməlidir. Yazının həcmi 8-10 min işarədən ibarət olmalıdır.

Qaliblər "Bank of Baku", "Təhsil Nazirliyi" və "Azərbaycan müəllimi" qəzeti tərəfindən diplom və pul mükafatı ilə mükafatlandırılacaq.