​İpoteka ilə ev almaq istəyənlər, mütləq oxuyun! VİDEO FOTO


Digərləri 23 Apr 2018 14:36:00 247 0

​İpoteka ilə ev almaq istəyənlər, mütləq oxuyun!  VİDEO  FOTO

ARB TV-nin "Günə doğru" verilişində ipoteka kreditləri barədə maraqlı süjet yayımlanıb.

Ölkədə mənzil problemi illərdir həllini gözləyən məsələlərdəndir. Bu baxımdan hökumət əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ipoteka elementini əsas götürüb. Mənzil fondunda mənzilə ehtiyacı olan ailələrin sayına nəzər salanda görünür ki, orta hesabla əhalinin hər nəfərinə düşən yaşayış sahəsi 12, Bakı şəhəri üzrə 11 m²-dir. Əslində, bu rəqəmlərin özü əhalinin mənzil şəraitinin hansı vəziyyətdə olmasını açıq göstərir. Məsələnin başqa bir tərəfi də bazarda olan qiymətlərin aztəminatlı ailələrin imkanına uyğun olmamasıdır. İqtisadçı Samir Əliyev hesab edir ki, problemin əsas hissəsi ilkin ödənişin çox olmasıdır. Samir Əliyev (İqtisadçı): "Ümumilikdə kredit faizləri aşağı düşməlidir ki, ipoteka faizlərinə təsir göstərsin. İpoteka fondunun buraxdığı istiqrazlar illik 3 faiz təşkil edir. Bu istiqrazlar bir o qədər də banklar üçün cazib deyil". İpoteka götürmək üçün tələb olunan minumum əmək haqqı 500 manatdır. Ancaq bu gün kifayət qədər insan rəsmi əmək haqqının tam göstərilməməsi ucbatından bu imkandan istifadə edə bilmir. Bu gün sosial ipoteka krediti daha çox dövlət qurumlarında çalışanlara şamil olunur. İllik faiz dərəcəsi də adi ipotekada 8, sosial ipotekada 4 faizdir. Rəşad Əliyev (Ekspert): "İqtisadi reallıqları nəzərə aldıqda 4 faiz, həqiqətən də, aşağı görünsə də, ev alışı üçün çox yüksək rəqəmdir". Başqa bir məsələ də var ki, bu gün ipoteka krediti verilərkən ailənin ödəmə qabiliyyəti də nəzərə alınır. Aşağı təminatlı ailədən danışılırsa, burda gəlirlər eyni, ancaq sosial vəziyyət fərqli olur. Ekspert Rəşad Əliyev İpoteka predmetinin həmin ailələr üçün əlçatan olması üçün mütləq uşaqların sayının nəzərə alınmasını təklif edir: "Hazırkı şərtlərdən belə çıxır ki, bütün ailələr eyni cür mənzil ala bilər. 4 uşaqdan ibarət olan ailənin gəliri bir uşağı olan ailənin gəliri ilə eynidirsə, eyni cür ev ala bilərlər". Əlçatanlığı təmin etmək üçün başqa bir məsələ ucuz evlər mexanizimi işlənilməsidir ki, bu yaxınlarda hökümət tərəfindən sosial mənzillərin satışı elan olundu. Burada hər kvadrat metr üçün mövcud bazar qiymətinə uyğun orta hesabla 950 manat hesablanıb. Hər bir halda bu digər alternativ imkanlardan daha üstün sayılır.


Xəbərə aid fotolar