"Mənə elə kişi lazımdır ki..."


Şou-biznes 23 Apr 2018 14:27:00 302 0

"Mənə elə kişi lazımdır ki..."

Ötən il türkiyəli həyat yoldaşı Mərd Aslandan ayrılan "Eurovision 2014" təmsilçimiz Dilarə Kazımova ikinci dəfə ailə qurmağa pis baxmır.  Son.az axşam.az-a istinadən xəbər verir ki, "ATV Maqazin 10-larla"ya danışan müğənni yenidən sevəcəyini deyib: 

"Çox xoşbəxtəm. 2017-ci ildə boşanmışam. Şəxsi həyatımda fasilə verməyim normaldır. Çünki özümü toplamalıyam. Bahar gəlir. Niyə də yenidən sevməyim? Mənə elə kişi lazımdır ki, sənətimi dəstəkləyib yanımda olsun, işimi sevsin".