Yığmamızın İsveçlə oyunlarının vaxtı dəqiqləşdi


İdman 23 Apr 2018 14:20:00 340 0

Yığmamızın İsveçlə oyunlarının vaxtı dəqiqləşdi

Kişi voleybolçulardan İbarət Azərbaycan millisinin Avro-2019-un seçmə mərhələsindəki oyunlarından ikisinin keçirilmə günü dəqiqləşib.

Goal.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri qitə çempionatına avqustun 15-də start verəcəklər.

Komandamız həmin gün Bakıda İsveç yığmasını qəbul edəcək. Bu millilər arasında cavab qarşılaşması isə 2019-cu il yanvarın 9-na təyin edilib.

Qeyd edək ki, voleybolçularımız İsveçlə yanaşı, Yunanıstan və Lüksemburqla birgə G qrupunda yer alıb.