Azərbaycan İstiqlal Muzeyinin eksponatları UNEC-də: “Cümhuriyyət 100”


Digərləri 23 Apr 2018 14:27:11 158 0

Azərbaycan İstiqlal Muzeyinin eksponatları UNEC-də: “Cümhuriyyət 100”

UNEC-də Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət foto-sərgi keçirilir.

Bakı. UNEC-də Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət foto-sərgi keçirilir. Universitetdən Trend-ə verilən məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgidə cümhuriyyətin qurucuları, əsgər və zabitlərinin, o cümlədən dövrün əhəmiyyətli sənədlərinin fotoları nümayiş etdirilir. Tələbələrin böyük marağına səbəb olan eksponatlar UNEC-in bütün tədris binaları, Zaqatala filialı və Maliyyə-İqtisad Kollecində də sərgilənəcək.