Yaxın vaxtlarda Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq


Digərləri 23 Apr 2018 14:17:46 228 0

Yaxın vaxtlarda Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq

Yaxın vaxtlarda Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq.

Bakı. İlkin Şəfiyev - Yaxın vaxtlarda Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, bu, Rusiyaya göndərilən yerli tütün məhsulları və alkoqollu içkilərin idxalını asanlaşdıracaq: "Əvvəllər yerli mallar Gürcüstana gedir, oradan Rusiyaya ötürülürdü. İndi buna ehtiyac qalmayacaq" .