Bakıya daha bir yeni metro qatarı gətiriləcək


Digərləri 23 Apr 2018 14:05:52 230 0

Bakıya daha bir yeni metro qatarı gətiriləcək

Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Bakıya gətirilən yeni qatarın təqdimatında deyib.

O bildirib ki, yeni qatar 5 vaqondan ibarətdir: "Ötən ilin fevral ayında Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bildiyiniz kimi, artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gətiriləcək".


Xəbərə aid fotolar