Almaniya da Türkiyəyə seçki təbliğatı aparmağa icazə verməyəcək
Dünya 23 Apr 2018 13:53:57 286 0
Almaniyadan əvvəl oxşar mövqeyi Avstriya və Hollandiya hökumətləri açıqlamışdı
“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Heiko Maas Kanadanın Toronto şəhərində keçirilən “G7”yə üzv dövlətlərin XİN başçılarının toplantısı zamanı jurnalistlərin “Türkiyədə keçiriləcək seçkilərlə bağlı Almaniya təbliğat kampaniyasına icazə verəcəkmi” sualına cavabında bildirib.
“Bu məsələdə bizim mövqeyimiz qətidir. Hansısa bir xarici ölkədə baş tutacaqseçkilərdən üç ay əvvəl Almaniyada seçki kampaniyası keçirilməyəcək. Bu qərar bütün ölkələrə şamil ediləcək”, - ovurğulayıb.
H.Maas ötən il referendumla bağlı Türkiyə ilə Almaniya arasında baş vermiş hadisələrin təkrarlanmamasını istədiklərini vurğulayıb: “Bu mübahisələrin hər iki tərəfə faydası olmadı”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalına müsahibəsində bildirmişdi: “Böyük ehtimalla xaricdəki işlər başa çatıb. Adını açıqlamayacağam, ancaq 10-11 minlik qapalı idman salonunda baş tutacaqtoplantıda Türkiyə vətəndaşlarına müraciət edəcəyəm”.
Almaniyadan əvvəl oxşar mövqeyi Avstriya və Hollandiya hökumətləri açıqlamışdı.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 24-25-də BMT-ninBaş Assambleyası çərçivəsində almaniyalı həmkarı Heiko Maasla görüşərək problemi müzakirə edəcək.