Azərbaycanda QAZ avtomobilləri yığılacaq (FOTO)


Digərləri 23 Apr 2018 13:52:00 256 0

Azərbaycanda QAZ avtomobilləri yığılacaq (FOTO)

Azərbaycanda QAZ kommersiya avtomobillərinin yığılması həyata keçiriləcək.

Bakı. İlkin Şəfiyev - Azərbaycanda QAZ kommersiya avtomobillərinin yığılması həyata keçiriləcək. Trend-in məlumatına görə, bu, “QAZ avtomobil zavodu” MMC və “Azərmaş” ASC arasında imzalanmış əməkdaşlıq memorandumunda nəzərdə tutulub. Sənəd Bakıda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə imzalanıb. Bildirilir ki, həmin avtomobillər Hacıqabul sənaye zonasında yığılacaq.