Azərbaycanda “QAZ” markalı avtomobillər yığılacaq


İqtisadiyyat 23 Apr 2018 13:43:12 256 0

Azərbaycanda “QAZ” markalı avtomobillər yığılacaq

Rusiyanın “QAZ" ASC ilə “Azərmaş” ASC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ) ASC ilə “Azərmaş” ASC arasında “QAZ” markalı avtomobillərin Azərbaycanda yığımına dair əməkdaşlıq haqqında memorandum imzalanıb.

“Report” xəbər verir ki, sənədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin arasında keçirilmiş görüş çərçivəsində imza atılıb.

Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC ilə Rusiyanın “Şimal Qafqaz Kurortları” ASC əməkdaşlığa dair memorandum da imzalanıb.