Aysel ən böyük şouda çıxış etdi


Kriminal 23 Apr 2018 13:42:00 208 0

Aysel ən böyük şouda çıxış etdi

Azərbaycanın "Eurovision" təmsilçisi Aysel Məmmədova (Aisel) promo-tur çərçivəsində Bolqarıstana səfər edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni əvvəlcə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ilə görüşüb və orada yaşayan azərbaycanılardan dəstək gözlədiyini bildirib. 

Daha sonra Aysel 10 ildən çox yayımlanan və ölkənin ən məşhur proqramı olan "Slavi's Show"a qonaq olub. O, yarışma üçün ifa etdiyi "X my heart" mahnısını səsləndirib. Bundan əlavə, o, ölkənin bir çox TV və radiolarına müsahibə verib. 

Qeyd edək ki, ifaçı Rusiya, Albaniya, Monteneqroya səfər edəcək. 


Xəbərə aid fotolar