Azərbaycan efirində BƏDBƏXT HADİSƏ


Digərləri 23 Apr 2018 13:43:00 241 0

Azərbaycan efirində BƏDBƏXT HADİSƏ

Xəzər TV-də Ağakərim Şamidzadənin aparıcılığını etdiyi "Nuş olsun" verilişində bədbəxt hadisə baş verib.

Son.az xəbər verir ki, aparıcı Ağakərim qaynar su ilə dolu qazanı götürərkən qəfil üzərinə tökülüb. Aparıcının ayıq tərpənməsi onu ciddi yanıq xəsarəti almaqdan xilas edib.

Hadisə zamanı "Yandım, yandım" deyən aparıcı kameralardan "itib" və veriliş reklamlara bağlanıb. Qısa aradan sonra aparıcı efirə qayıdaraq, proqramını davam etdirib.