“Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi


Digərləri 23 Apr 2018 13:47:19 228 0

“Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

23 aprel 2018-ci il tarixdə, Ümumdünya kitab günü ilə əlaqədar olaraq, "Nar" Bakıda yerləşən internat məktəblərindən birinə 100-dək kitab hədiyyə edib.

Bakı. 23 aprel 2018-ci il tarixdə, Ümumdünya kitab günü ilə əlaqədar olaraq, "Nar" Bakıda yerləşən internat məktəblərindən birinə 100-dək kitab hədiyyə edib. Şirkətdən Trend-ə verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarət idi. Təhsil nazirliyi ilə birgə həyata keçirilən aksiya çərçivəsində təqdim edilən kitablar əsasən məktəbəqədər yaş qrupunu və ibtidai sinifləri əhatə edir. Bura nağıllar, məktəbə hazırlıq üçün əlifba, uşaq ensiklopediyası, uşaq ədəbiyyatı, lügətlər və bu qəbildən olan digər kitablar daxildir. Əlavə olaraq, qələm, dəftər, rəngli karandaşlar, rəsm dəftərləri və digər dəftərxana ləvazimatları da uşaqlara təqdim edilib.