Karetçilərimiz Serbiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək


Digərləri 23 Apr 2018 13:28:00 179 0

Karetçilərimiz Serbiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək

10-13 may tarixlərində Serbiyanın Növı Sad şəhərində Avropa çempionatına hazırlaşan milli komandanın üzvləri Şəkidə təlim-məşqlərə başlayıb.

Bakı. 10-13 may tarixlərində Serbiyanın Növı Sad şəhərində Avropa çempionatına hazırlaşan milli komandanın üzvləri Şəkidə təlim-məşqlərə başlayıb. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, olimpiya kompleksində hazırlıqlar bir həftə davam edəcək. Milli komandanın baş məşqçisi Şahin Xudaverdiyevin (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi altında təlim-məşq toplanışında qadınların böyük məşqçisi Anar Allahverdiyev, məşqçilər Seymur Hüseynov, Qurban Tağıyev, Rəşad Hüseynov, Denis Morozov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovla birgə gün ərzində üç dəfə keçirilir. Bir həftəlik toplantında həmçinin federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi ilə yarış qaydalarında dəyişikliklər və turnirlərdə qayda pozuntularına dair seminar, həmçinin idmançıların çıxışlarından hazırlanmış gündəlik xüsusi analitik məşqələlər nəzərdə tutulub.