BP Azərbaycan ərazisində 8 dəniz platforması inşa edib


Digərləri 23 Apr 2018 13:00:35 229 0

BP Azərbaycan ərazisində 8 dəniz platforması inşa edib

Azərbaycanda biznes "British Petroleum"un (BP) qlobal portfelində ən vacib və prioritet sahələrdən sayılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Downstream Xəzər və Mərkəzi Asiya - ticarət, logistika, neft emalı və neft-kimya" 3-cü Beynəlxalq forumu zamanı "BP Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycan hökuməti ilə şirkətin birgə səyləri ilə beynəlxalq səviyyəli bir çox layihələr həyata keçirilib:

"Qlobal miqyaslı layihələrdən biri Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu günədək BP tərəfindən Azərbaycan ərazisində 8 dəniz platforması tikilib".