Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır


Digərləri 23 Apr 2018 12:34:00 285 0

Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayında növbəti monitorinq həyata keçirib.

ETSN-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, aprel ayının II ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının I ongünlüyünə nisbətən  51  m3/san  artaraq  501  m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.