DİN: Dağda qar uçqunu altında qalanlar xilas edildi


Digərləri 23 Apr 2018 12:31:00 170 0

DİN: Dağda qar uçqunu altında qalanlar xilas edildi

Aprelin 21-də saat 17 radələrində DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Daşkəsən rayon sakini Asif Bayramov “UAZ” markalı avtomobildə sərnişinləri ilə birlikdə Göygöl rayonunun Tülallar kəndi ərazisində qar uçqunu altında qaldıqlarını bildirib.

Bakı. Aprelin 21-də saat 17 radələrində DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Daşkəsən rayon sakini Asif Bayramov “UAZ” markalı avtomobildə sərnişinləri ilə birlikdə Göygöl rayonunun Tülallar kəndi ərazisində qar uçqunu altında qaldıqlarını bildirib. DİN-dən Trend-ə verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev dərhal müraciət edən şəxslə telefonla əlaqə saxlayaraq onların koordinatlarını dəqiqləşdirib və bu barədə təcili rayonun və müvafiq qurumların rəhbərliyinə məlumat verib. Rayon İcra Hakimiyyətinin, RPŞ-nin rəhbərliyi və şəxsi heyəti təcili tibbi yardım briqadası ilə birgə vaxt itirmədən həmin istiqamətə yollanıblar. Güclü qar yağdığı, havanın şaxtalı və çovğun olması səbəbindən ucqar dağ kəndinə gedən sıldırım qayaların əhatəsindəki yolda “Niva” və digər yolsuzluq avtomobillərinin də hərəkətində çətinlik yaranıb.